Gələn həftə parlamentin yaz sessiyası başlayır

   Gələn həftə parlamentin yaz sessiyası başlayır
  26 Yanvar 2021    Oxunub:1979
Gələn həftə Milli Məclisin yaz sessiyası başlayır.
Azvision.az xəbər verir ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir.

Əgər fevralın 1-i istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır.

Qeyd edək ki, bu il fevralın 1-i həftənin bazar ertəsinə düşür.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Milli-Məclis   İclas   Plenar  





Xəbər lenti