Azərbaycan, Rusiya və Ermənistan rəsmiləri görüşəcək

Azərbaycan, Rusiya və Ermənistan rəsmiləri görüşəcək
  26 Yanvar 2021    Oxunub:2256
Azərbaycan, Rusiya və Ermənistanın baş nazirlərinin müavinləri Cənubi Qafqazda nəqliyyat əlaqələrinin qurulmasını müzakirə etmək üçün yanvarın 27-də Moskvada görüşməyi planlaşdırırlar.
Azvision.az xəbər verir ki, bu barədə “RBK” məlumat yayıb.

Qeyd edilib ki, Rusiya tərəfdən danışıqlarda Aleksey Overçuk, Azərbaycandan Şahin Mustafayev, Ermənistandan isə Mqer Qriqoryan iştirak edəcək.

Tərəflər belə bir danışıq formatını yaratmaq barədə yanvarın 11-də Moskvada üç dövlət başçısının - Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanın müharibədən sonra keçirilən ilk görüşündə razılığa gəliblər.

Məlumatda vurğulanıb ki, Baş nazir müavinləri bir neçə mümkün layihəni, xüsusən də Ermənistan ərazisi ilə Azərbaycan və Naxçıvanı, habelə Ermənistan və Rusiyanı birləşdirəcək dəmir yolunun inşasını müzakirə edəcəklər.

Rusiyanın digər diplomatik mənbəsi “RBK”ya bildirib ki, Bakı orada magistral yolun inşasına nail olmaq istəyir. Bunun müqabilində Ermənistan Rusiya ilə dəmir yolu əlaqəsi əldə etməlidir. Ölkələrin birbaşa əlaqəsi yoxdur - əvvəllər bu, Gürcüstan ərazisindən həyata keçirildi, lakin 2008-ci il müharibəsindən sonra çıxış qapanıb.

Bundan əlavə, baş nazir müavinləri Ermənistan və İranın Naxçıvan üzərindən dəmir yolu vasitəsilə birləşdirilməsi təklifini müzakirə edəcəklər.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Azərbaycan   Ermənistan   Rusiya   Moskva   Görüş   Naxçıvan  





Xəbər lenti