Partlayışda xəsarət alan 5 nəfər evə buraxıldı

Partlayışda xəsarət alan 5 nəfər evə buraxıldı
  26 Yanvar 2021    Oxunub:1850
Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə baş vermiş partlayış nəticəsində xəsarət alan 5 nəfər vəziyyətləri yaxşı olduğu üçün evə buraxılıb.

Bu barədə Azvision.az -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
"Xəsarət alanlardan Emil Əliyev, Arif Hüseynov, 11 yaşlı Firudin Musayev, Simayə Ələzova, Xədicə Şükürzadənin vəziyyəti yaxşıdır. Onlar evə buraxılıb. Yalnız bir nəfər - Vüsal Musayev reanimasiyadadır", - deyə TƏBİB-dən bildirilib.

Qeyd edək ki, ötən gün Abşeron rayonu, Xırdalan şəhərinin 27-ci məhəllə adlanan ərazisində yerləşən ikimərtəbəli fərdi yaşayış evində partlayış olub. Dağıntılar altında qalan 6 nəfər xilas edilib, bir nəfər həlak olub.

Aytən Zəhra
Azvision.az


Teqlər: Xırdalan   Səhiyyə  





Xəbər lenti