Tramp Floridada yeni ofis açdı

Tramp Floridada yeni ofis açdı
  26 Yanvar 2021    Oxunub:2026
ABŞ-ın keçmiş prezidenti Donald Tramp ölkənin sabiq lideri kimi işlərini idarə etmək üçün Florida ştatının Palm-Beach dairəsində ofis açıb.
Azvision.az xəbər verir, bu barədə "Reuters" məlumat yayıb.

Qeyd edilib ki, ofis Trampın yazışmalarını idarə edəcək, çıxışlarının təşkili və açıqlamalarının hazırlanması ilə məşğul olacaq.

Bundan əlavə, təşkilat Tramp administrasiyasının gündəmini təbliğat və ictimai fəallıq yolu ilə inkişaf etdirmək üçün ölkənin maraqlarına cavab verəcək.

Qeyd edək ki, yanvarın 24-də eks-prezidentin seçki qərargahının müşaviri Ceyson Miller Trampın yeni siyasi partiya yaratmağı planlaşdırmadığını, 2022-ci ildə keçiriləcək Konqresə aralıq seçkilərdə respublikaçılara kömək edəcəyini söyləyib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: DonaldTramp  





Xəbər lenti