Çində 82 yeni yoluxma qeydə alındı

Çində 82 yeni yoluxma qeydə alındı
  26 Yanvar 2021    Oxunub:1314
Son bir gündə Çində koronavirusa 82 yeni yoluxma halı qeydə alınıb, daha 57 asemptomatik daşıyıcı aşkarlanıb.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Yeni təsdiqlənmiş 82 yoluxmadan 13-ü ölkəyə idxal edilib, qalan 69 hal yerlidir. Onlardan 53-ü Heylunszyan əyalətində müəyyən edilib. Digər yoluxma halları Pekin, Şanxay və başqa regionlarda qeydə alınıb.

Ümumilikdə Çində epidemiya zamanı 89 197 nəfərdə yoluxma aşkar edilib, 82 676 nəfər xəstəlikdən sağalıb, hazırda xəstəxanalarda 1885 virus daşıyıcısı müalicə alır. İndiyədək 4635 nəfər infeksiyadan həyatını itirib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: koronavirus  





Xəbər lenti