Ötən il 7 nəfər Azərbaycana ekstradisiya olunub

   Ötən il 7 nəfər Azərbaycana ekstradisiya olunub
  25 Yanvar 2021    Oxunub:1611
Ötən il 5 məhkum xarici ölkədən Azərbaycana gətirilib.
Azvision.az xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq idarəsinin rəisi Adil Əbilov deyib.

Onun sözlərinə görə, 2020-ci ildə 25 məhkum öz ölkəsinə təhvil verilib:

“Ötən il Almaniyadan 2 nəfər Azərbaycana verilib. Onlardan biri Avropa İttifaqına üzv ölkənin, 1-i isə Azərbaycan vətəndaşıdır. Keçən il 7 nəfər Azərbaycana ekstradisiya olunub. Onlardan 1-i Türkiyə, 1-i Bosniya, 2 nəfər isə Almaniyadan ekstradisiya olunub. Eyni zamanda 6 nəfər xarici ölkə vətəndaşı öz ölkələrinə ekstradisiya edilib”.

Azvision.az


Teqlər: Məhkum   Ekstradisiya  





Xəbər lenti