İki komitənin onlayn iclası keçiriləcək

İki komitənin onlayn iclası keçiriləcək
  25 Yanvar 2021    Oxunub:993
Bu gün Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin onlayn iclası keçiriləcək.
Azvision.az xəbər verir ki, iclasın gündəliyinə 3 məsələ daxil edilib. Bunlar aşağıdakılardır:

1.2020-ci ilin payız sessiyası dövründə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsində görülən işlər barədə hesabat.

2.Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin 2021-ci il yaz sessiyası üçün iş planının layihəsi haqqında.

3.Cari məsələlər

Həmçinin, bu gün parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin onlayn iclası olacaq. İclasda komitənin 2020-ci ilin payız sessiyası ərzində gördüyü işlər barədə hesabatı və 2021-ci ilin yaz sessiyası üçün iş planının layihəsi müzakirə olunacaq.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: MM   Komitə   İclas  





Xəbər lenti