Ermənistanda Qarabağa görə deputatı döydülər

  25 Yanvar 2021    Oxunub : 5025
Ermənistanda Qarabağa görə deputatı döydülər
Ermənilər baş nazir Nikol Paşinyanın “Mənim addımım” fraksiyasından olan deputat Rüstəm Bakoyanı “Qarabağ xəyanəti”nə görə döyüblər.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Deputat insidentlə bağlı polisə müraciət edib: “Bakoyan Paşinyanın kapitulyasiya aktını imzalamasından sonra bir neçə gün Açapnyakda tanışının evində gizlənib. Yaxınları bunu bilirlərmiş və onu cəzalandırmağa çalışıblar. Məlum sənədin imzalanmasından sonra qarışıq hadisələr baş verdi ki, həmin vaxt bir qrup şəxs deputatı söyərək "xəyanət"ə görə onu lənətləyiblər. İnsidentdən sonra Rüstəm Bakoyan Açapnyak polisinə müraciət edib və cinayət hadisəsi barədə məlumat verib. O, izahatında qeyd edib ki, onu təhqir edib döyməyə, müəyyən xəsarətlər yetirməyə çalışıblar, maşınını isə yararsız hala salıblar. Hadisə ilə bağlı hazırda araşdırma aparılır", - deyə məlumatda qeyd olunub.



Tural Tağıyev
Azvision.az

Teqlər: Deputat   Kapitulyasiya   Xəsarət