“Məlum oldu ki, bura Azərbaycandır” - Erməni hüquq müdafiəçisi

 “Məlum oldu ki, bura Azərbaycandır” -  Erməni hüquq müdafiəçisi
  25 Yanvar 2021    Oxunub:1832
Ermənistanın hüquq müdafiəçisi Ruben Melikyan Nikol Paşinyan iqtidarını tənqid edib.
Azvision.az xəbər verir ki, o, əvvəlcə ölkədə baş verən təzadlı hadisələrdən danışıb. Son təyinatları gülməli və absurd siyasi gedişlər kimi şərh edən Melikyan deyib:

“Dedilər "Qarabağ Ermənistandır və nöqtə". Tuğ kəndi ilə bağlı məsələdən sonra məlum oldu ki, bura Azərbaycandır. Deyirdilər kimlər ki, idarəçilikdə olan zaman saraylar, villalar tikib, onlar yaxşı adam deyillər. Belə bir adamı bu günlərdə yekdilliklə yüksək vəzifəyə seçdilər. Səfirlərin yalnız peşəkar kadrlardan seçilib təyin edilməsinin vacib olduğunu söyləyirdilər. Amma ən vacib ölkələrdən birinə ingilis dili mütəxəssisi səfir təyin edildi”.

Melikyan “bu fırıldaqçıları siyasi məsuliyyətə cəlb etməyin yolları nədir”, - deyə sual edib. O, həmçinin baş nazir Nikol Paşinyanın yarıtmaz fəaliyyətindən şikayətlənib.

Tural Tağıyev
Azvision.az



Teqlər: Səfir   Melikyan   Ermənistan  





Xəbər lenti