Parlamentin komitəsi onlayn iclas keçirəcək

Parlamentin komitəsi onlayn iclas keçirəcək
  25 Yanvar 2021    Oxunub:1033
Sabah Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin onlayn iclası keçiriləcək.
Azvision.az xəbər verir ki, iclasın gündəliyinə 3 məsələ daxil edilib. Bunlar aşağıdakılardır:

1.Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin 2020-ci il payız sessiyası dövründə görülən işlər barədə hesabat.

2.Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin 2021-ci il yaz sessiyası üçün nəzərdə tutulmuş iş planının layihəsi haqqında.

3.“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası qanununun layihəsi.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Komitə   MM   İclas  





Xəbər lenti