“Qarabağa çatdırılmalı olan silahlar ora göndərilmədi” - Rusiyalı politoloq

 “Qarabağa çatdırılmalı olan silahlar ora göndərilmədi” -   Rusiyalı politoloq
  25 Yanvar 2021    Oxunub:1471
Erməni mənşəli rusiyalı politoloq Sergey Kurqinyan son günlərin gündəminə çevrilən Şuşa şəhəri haqqında danışıb.
Azvision.az xəbər verir ki, o, müsahibəsində guya şəhərin döyüşlərlə azad edilmədiyini, hansısa xəyanət sayəsində müharibənin yekunlaşdığını iddia edib.

“Müharibə zamanı Qarabağa çatdırılmalı olan silahlar ora göndərilmədi. “Artsax ordusu” (Qondarma rejimin silahlıları - red.) könüllülər sayəsində döyüşürdü. Ancaq bir xəyanət oldu, təslim aktını imzalamaq üçün əlverişli vəziyyət yarandı”,- deyə o bildirib

Kurqinyanın Şuşa ilə bağlı qərəzli yanaşması onun erməni əsilli olmasından irəli gəlir. Ondan fərqli olaraq, dünyanın aparıcı hərbi mərkəzləri Şuşa döyüşlərini araşdıraraq, Azərbaycan Ordusunun qəhrəmanlığının sirlərini öyrənməyə çalışırlar.

Tural Tağıyev
Azvision.az



Teqlər: Qarabağ   Silah   Şuşa  





Xəbər lenti