Əbu-Dabidə İsrail səfirliyi açıldı

  25 Yanvar 2021    Oxunub : 1015
 Əbu-Dabidə İsrail səfirliyi açıldı
Birləşmiş Ərəb Əmirliiklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə İsrail səfirliyi açılıb.
Azvision.az TASS-a istinadən xəbər verir ki, bu barədə İsrailin Xarici İşlər Nazirliyi məlumat yayıb.

"İsrailin Əbu-Dabidə səfirliyi bu gün diplomatik missiyanın nümayəndəsi Eytan Naenin ölkəyə gəlişi ilə rəsmi olaraq açıldı", - deyə məlumatda vurğulanıb.

Bundan əvvəl BƏƏ-nin Nazirlər Kabineti ölkənin Təl-Əvivdə səfirliyinin açılmasına icazə verib.

Xatırladaq ki, ötən il sentyabrın 15-də Vaşinqtonda ABŞ-ın aktiv vasitəçiliyi ilə İsrail tərəfi BƏƏ və Bəhreynlə münasibətlərin normallaşdırılması haqqında sənədləri imzalayıb. İsrail BƏƏ və Bəhreynlə sülhün bağlanmasına qədər Misir və İordaniya ilə diplomatik münasibətlər qurub.

Fələstin qəti şəkildə İsrailin BƏƏ və Bəhreynlə münasibətlərinin normallaşdırılmasına dair razılaşmalara qarşı çıxıb.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: İsrailsəfirliyi