Dünyada COVID-19-la bağlı son vəziyyət

Dünyada COVID-19-la bağlı son vəziyyət
  25 Yanvar 2021    Oxunub:1595
Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq 99 milyon 772 min 539 nəfərə çatıb.
Azvision.az Worldometers saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 2 milyon 138 min 978 nəfərdir. İndiyədək 71 milyon 746 min 583 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.

Son günlər dünya ölkələri üzrə koronavirusa yoluxma halları kəskin artmaqdadır.

Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatına əsasən, ötən sutka ərzində 577 301 nəfər koronavirusa yoluxub, 13 688 nəfər isə dünyasını dəyişib

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. COVID-19 virusu 218 ölkədə qeydə alınıb.

Azvision.az


Teqlər: Koronavirus   Statistika  





Xəbər lenti