Ukraynada sərt karantin rejimi ləğv edilir

Ukraynada sərt karantin rejimi ləğv edilir
  24 Yanvar 2021    Oxunub:1508
Ukraynada yanvarın 8-dən tətbiq olunan sərt karantin rejimi sabahdan ləğv edilir.
Azvision.az xəbər verir ki, Ukrayna Nazirlər Kabineti bununla bağlı qərar qəbul edib.

Məlumata görə, Ukraynada martın 31-dək yumşaldılmış karantin davam edəcək. Bu müddətdə ticarət-əyləncə mərkəzlərinin, idman zalları, fitnes-mərkəzləri, hovuz, kino və teatrların fəaliyyəti, eləcə də kütləvi tədbirlərin keçirilməsinə icazə veriləcək.

Yeni qaydalara əsasən, ölkə üzrə Kafe və restoranlar saat 07:00-dan 23:00-dək fəaliyyət göstərəcək.

Azvision.az


Teqlər: Ukrayna   Karantin  





Xəbər lenti