İranda koronavirusa yoluxanların sayı artdı

İranda koronavirusa yoluxanların sayı artdı
  24 Yanvar 2021    Oxunub:2227
İranda son sutka ərzində 5945 nəfər koronavirusa yoluxub, 89 pasiyent dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət Lari bildirib.

Onun sözlərinə görə, ölkədə virusa yoluxanların sayı 1 372 977, ölənlərin sayı isə 57 383 nəfərə çatıb.

Hazırda xüsusi xəstəxanalarda müalicə alan 4090 xəstənin vəziyyəti ağır olaraq qalır. İranda indiyədək 1 164 794 nəfər koronavirusdan sağalıb.

Azvision.az


Teqlər: İran   Koronavirus  





Xəbər lenti