“Mozart” gəmisi Port Jentil limanına çatıb

 “Mozart” gəmisi Port Jentil limanına çatıb
  24 Yanvar 2021    Oxunub:1649
Yanvarın 23-də dəniz quldurlarının hücumuna məruz qalan “Mozart” adlı gəmi Qabonun Port Jentil limanında lövbər salıb.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu “Twitter” hesabında yazıb.

Nazir bildirib ki, quldurların qaçırdığı 15 nəfərin sağ-salamat xilas edilməsi üçün bütün imkanlar səfərbər olunub. Gəmi Türkiyə vaxtı ilə saat 11 radələrində limana yan alıb.

Xatırladaq ki, ötən gün gəmi heyətinin 19 üzvündən 15-i nigeriyalı dəniz quldurları tərəfindən girov götürülüb, 1 nəfər öldürülüb. Öldürülən şəxs azərbaycanlı mühəndis Fərman İsmayılovdur.

Azvision.az


Teqlər: Türkiyə   Gəmi   Nigeriya  





Xəbər lenti