Türkiyə Fərman İsmayılovun öldürüldüyü gəmini axtarır

 Türkiyə Fərman İsmayılovun öldürüldüyü gəmini axtarır
  24 Yanvar 2021    Oxunub:1869
Türkiyə tərəfi Nigeriya sahillərində “Mozart” adlı yük gəmisinin dəniz quldurları tərəfindən qaçırılan heyət üzvlərinin tapılması istiqamətində fəaliyyətini davam etdirir.
Türkiyənin Nigeriyadakı səfirliyi hadisə ilə bağlı rəsmi Abuca ilə sıx təmasdadır. Səfir Ahmet Melih Ulueren “TRT Haber”ə bildirib ki, bu işi gecə-gündüz təqib edəcəyik.

Gəminin hazırda Qabon limanına doğru hərəkətdə olduğu deyilir.

Dəniz quldurları gəminin kabel və texniki hissəsinə ciddi zərər vurublar. Dördüncü kapitan Furkan Yarenin sözlərinə görə, gəminin işarə-kompas sistemində yalnız radarlar çalışır. Ayağından yaralı olduğunu bildirən kapitan qeyd edib ki, gəminin təhlükəsiz bir yerdə lövbər salmasını istəyirlər.

Xatırladaq ki, ötən gün gəmi heyətinin 19 üzvündən 15-i girov götürülüb, 1 nəfər öldürülüb. Öldürülən şəxs azərbaycanlı mühəndis Fərman İsmayılovdur.

Azvision.az


Teqlər: Türkiyə   Gəmi  





Xəbər lenti