14 gün dağıntılar altında qalan şaxtaçı xilas edildi
Yanvarın 24-də şaxtaçılardan biri çıxarılıb. O, dərhal xəstəxanaya yerləşdirilib.
Hazırda yeri müəyyən edilmiş digər 10 şaxtaçının çıxarılması və digərlərinin yerinin müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirilir.
Qeyd edək ki, yanvarın 10-da Çisia şəhərində özəl şirkətlərdən birinə məxsus mədəndə partlayış olub. Hadisə nəticəsində 22 şaxtaçı ilə əlaqə kəsilib.
Azvision.az