Portuqaliyada prezident seçkiləri başa çatdı - YENİLƏNİB

Portuqaliyada prezident seçkiləri başa çatdı -  YENİLƏNİB
  25 Yanvar 2021    Oxunub:3842
Bu gün Portuqaliyada keçirilən prezident seçkiləri başa çatıb.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, seçkidə yeddi namizəd, o cümlədən ölkənin hazırkı rəhbəri Marselu Rebelu di Souza mübarizə aparıb.

Məntəqələr Bakı vaxtı ilə saat 12:00-da açılıb, 23:00-da isə bağlanıb.

***
(13:35)

Bu gün Portuqaliyada prezident seçkiləri keçirilir.

Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, prezident postu uğrunda hazırkı dövlət başçısı Marselu Rebelu di Souza da daxil olmaqla 7 namizəd mübarizə aparır.

Ölkə daxilində seçki məntəqələri yerli vaxtla saat 08:00-da açılıb. Səsvermə saat 19:00-da başa çatacaq. Portuqaliyada 9 milyondan artıq seçici səsvermə hüququna malikdir.

Portuqaliya qanunvericiliyinə əsasən, prezident birbaşa və gizli səsvermə yolu ilə 5 il müddətinə seçilir. Əgər birinci turda namizədlərdən heç biri seçkilərdə 50 faizdən çox səs toplamasa, fevralın 14-də seçkilərin ikinci turu keçiriləcək.

Azvision.az


Teqlər: Portuqaliya   Seçki  





Xəbər lenti