Dəniz quldurlarının öldürdüyü azərbaycanlının nəşi Vətənə gətiriləcək

   Dəniz quldurlarının öldürdüyü azərbaycanlının nəşi Vətənə gətiriləcək
  24 Yanvar 2021    Oxunub:3567
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu dəniz quldurlarının Türkiyəyə məxsus gəmiyə hücumu nəticəsində gəmi heyətinin azərbaycanlı üzvünün ölümü ilə əlaqədar Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova başsağlığı verib.
Bu barədə Azvision.az -a Azərbaycan XİN-in Mətbuat xidmətindən məlumat verilib.

Nazir Ceyhun Bayramov həmkarına təşəkkür edib və xilasetmə işlərinin tezliklə uğurla nəticələnməsini arzulayıb.

Gəmi heyətinin öldürülən azərbaycanlı üzvünün nəşinin Vətənə gətirilməsi üçün əlaqələndirilmiş şəkildə müvafiq tədbirlərin həyata keçiriləcəyi qeyd olunub.

Azvision.az


Teqlər: Gəmi   Hücum   XİN  





Xəbər lenti