Bir gündə 600 mindən çox insan virusa yoluxdu

Bir gündə 600 mindən çox insan virusa yoluxdu
  24 Yanvar 2021    Oxunub:1471
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirus infeksiyasına sutkalıq yoluxma və ölüm statistikasını açıqlayıb.
Azvision.az xəbər verir ki, ÜST-ün məlumatına görə, son bir gün ərzində 600 min 790 nəfərdə virusa yoluxma aşkarlanıb, 15 min 846 pasiyent dünyasını dəyişib.

Ümumilikdə isə dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq 99 milyon 11 min 538 nəfərə çatıb. Pandemiya qurbanlarının sayı 2 milyon 122 min 886 nəfərdir. İndiyədək 71 milyon 151 min 13 pasiyent sağalıb.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. COVID-19 virusu 218 ölkədə qeydə alınıb.

Azvision.az


Teqlər: ÜST   Koronavirus   Xəstəlik  





Xəbər lenti