İranın koronavirus statistikası açıqlandı

İranın koronavirus statistikası açıqlandı
  23 Yanvar 2021    Oxunub:2270
İranda son sutka ərzində 6207 nəfər koronavirusa yoluxub, 69 pasiyent dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət Lari bildirib.

Onun sözlərinə görə, ölkədə virusa yoluxanların sayı 1 367 032, ölənlərin sayı isə 57 294 nəfərə çatıb.

Hazırda xüsusi xəstəxanalarda müalicə alan 4106 xəstənin vəziyyəti ağır olaraq qalır. Bununla yanaşı, 1 158 475 xəstə sağalaraq evə buraxılıb.

Azvision.az


Teqlər: İran   Koronavirus  





Xəbər lenti