Türkiyədə “Sputnik V” peyvəndi istehsal ediləcək

 Türkiyədə “Sputnik V” peyvəndi istehsal ediləcək
  23 Yanvar 2021    Oxunub:1700
Rusiya Birbaşa İnvestisiyalar Fondu (RBİF) Türkiyənin aparıcı əczaçılıq şirkətləri ilə “Sputnik V” peyvəndinin istehsalına dair saziş imzalayıb.
Azvision.az xəbər verir ki, bu barədə RBİF məlumat yayıb.

Fonddan bildirilib ki, Rusiya peyvəndin istehsalına dair texnologiyaların Türkiyəyə verilməsinə başlayıb.

Türkiyədə koronavirusa qarşı ildə bir milyon “Sputnik V” peyvəndinin istehsal olunacağı gözlənilir. Preparatdan həm daxili bazarda istifadə olunması, həm də onun xaricə ixrac edilməsi nəzərdə tutulub.

Azvision.az


Teqlər: Rusiya   Türkiyə  





Xəbər lenti