Pekində havanın çirklənməsi normadan 8 dəfə çoxdur

Pekində havanın çirklənməsi normadan 8 dəfə çoxdur
  23 Yanvar 2021    Oxunub:1020
Pekində Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən havanın təmizliyinin dərəcəsini təyin etmək üçün quraşdırılan aparatlar son bir gündə şəhər havasının yüksək dərəcədə çirkləndiyini müəyyən edib.
Azvision.az xəbər verir ki, bu barədə Pekin Ətraf Mühit Monitorinq Mərkəzi məlumat yayıb. Qeyd olunub ki, havanın çirklənməsi ilə bağlı norma PM 2.5-in konsentrasiyası kub metrə 25 mikroqram olduğu təqdirdə, bu rəqəm Pekində kub metrə 189 mikroqram olub.

Şəhərin bəzi ərazilərində rəqəm kubmetrə görə 197 mikroqrama çatıb. Hava keyfiyyətinin gələn həftənin çərşənbə axşamı günü yaxşılaşacağı proqnozlaşdırılır.

Azvision.az


Teqlər: Pekin   Hava  





Xəbər lenti