Hindistanda rekord sayda insan peyvənd olunub

Hindistanda rekord sayda insan peyvənd olunub
  23 Yanvar 2021    Oxunub:718
Ötən gün Hindistanda 347 058 şəxs yeni növ koronavirus infeksiyasına qarşı peyvənd olunub. Bu, 16 yanvardan başlayan ölkə boyu peyvənd kampaniyasında ən yüksək gündəlik rəqəmdir.
Azvision.az xəbər verir ki, bu barədə Səhiyyə və Ailə Rifahı Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, bir həftə ərzində 1 390 592 nəfər peyvənd olunub. Ötən müddət ərzində orta hesabla gündəlik 198 656 nəfər peyvənd edilirdi. Əhali arasında ilk günlərə nisbətən peyvən olmağa meylin artdığı da qeyd olunur.

Könüllü keçirilən peyvənd kampaniyasının ilk mərhələsində “Astra Zeneca” şirkəti və Oksford Universiteti tərəfindən hazırlanmış “Covishield” və “Bharat Biotech” şirkətinin “Covaxin” dərmanı istifadə olunur.

Azvision.az


Teqlər: Hindistan   Koronavirus  





Xəbər lenti