Mirzoyan Paşinyanın "Şuşa qalmaqalı"ndan danışmaq istəmədi

  23 Yanvar 2021    Oxunub : 1066
 Mirzoyan Paşinyanın "Şuşa qalmaqalı"ndan danışmaq istəmədi
Ermənistan parlamentinin sədri Ararat Mirzoyan jurnalistlərin bəzi suallarını cavablandırmaqdan imtina edib.
Azvision.az xəbər verir ki, o, “Tert.am” müxbirinin spikerin agent olması barədə ittihamlarla əlaqəli sualına qısaca cavab verib. Mirzoyan bu məsələyə “Facebook”da bir yazı ilə cavab verməyin yetərli olduğunu düşünür: "Düşünürəm ki, artıq bununla bağlı sözümü demişəm".

Spiker baş nazirin parlamentin tribunasından Şuşa ilə bağlı səsləndirdiyi fikirlərə isə reaksiya verməyib. Mirzoyan jurnalistlərin “spiker kimi bu məsələnin kürsüdən müzakirə olunmasından xəcalət çəkdinizmi?” sualına cavab verməkdən imtina edib.

Xatırladaq ki, Nikol Paşinyan parlamentdəki “hökumət saatı”nda danışıqlar prosesi zamanı azərbaycanlı qaçqınların Şuşaya qayıtmayacağı variantının olmadığını söyləmişdi. O daha sonra bildirib ki, Şuşada yaşayanların 90 faizdən çoxu azərbaycanlı olub.

Tural Tağıyev
Azvision.az

Teqlər: Ermənistan   Parlament   Spiker