Ramil Usubov 2 rayona yeni rəis göndərdi

Ramil Usubov 2 rayona yeni rəis göndərdi
  17 Fevral 2014    Oxunub:1673
Azərbaycanda bir neçə rayonun polis rəisi dəyişdirilib.
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov imzaladığı əmrə əsasən, Nərimanov rayon Polis İdarəsi 18-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Xəqani Məmmədov tutduğu vəzifədən azad edilərək Füzuli Rayon Polis Şöbəsinin rəisi təyin edilib. 18-ci Polis Bölməsinin rəisi vəzifəsinə hələlik təyinat yoxdur.

Nazirin digər əmri ilə Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Füzuli Şıxəliyev Beyləqan Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, bu ilin yanvarında Daxili İşlər Nazirliyində keçirilən kollegiya iclasında nazir R. Usubov Füzuli Rayon Polis Şöbəsinin rəisi Kamandar Əsədovun fəaliyyətini ciddi tənqid edib və onun rəhbəri olduğu polis şöbəsini yoxlamağı tapşırıb.

Kollegiyadan bir neçə gün sonra K. Əsədov işdən çıxarılıb.(apa)


Teqlər:  





Xəbər lenti