Ötən ilin birinci yarısında 79 uşaq məhkum edilib

 Ötən ilin birinci yarısında 79 uşaq məhkum edilib
  23 Yanvar 2021    Oxunub:1423
2020-ci ilin birinci yarısında 14-17 yaş aralığında olan 79 uşaq məhkum olunub. Onlardan 77-si oğlan, 2-si qızdır.

Dövlət Statistika Komitəsindən Azvision.az -ın sorğusuna cavab olaraq bildirilib ki, həmin uşaqlardan 13 nəfəri 14-15 yaşda 66 nəfəri isə 16-17 yaşdadır.
Bu dövrdə məhkum olunan uşaqlardan 69 nəfəri hər iki valideyni olan ailədə, 9 nəfəri bir valideyni olan ailədə, 1 nəfəri isə ailədən kənarda (internetdə, uşaq evində və s.) tərbiyə alıb.

Uşaqlardan 16 nəfəri şagird və tələbə, 42 nəfəri işləməyən və oxumayan, 21 nəfəri işləyənlərdir.

Məhkum olunan 14-17 yaşda uşaqlardan 10 nəfəri bir qrup şəxs tərəfindən, 17 nəfəri böyüklərin iştirakı ilə, 52 nəfəri digər vasitələrlə cinayət törədib.

Ötən ilin 6 ayında birinci instansiya məhkəmələrində 19 uşaq müəyyən müddətə azadlıqdan məhrum edilib. Bunlardan 9 nəfəri 5 ilə qədər, 10 nəfəri 5 ildən 10 ilə qədər həbs cəzası alıb.

İctimai işlərlə cəzalandırılanlar 1 nəfər, cərimə tətbiq edilənlər 5 nəfər, şərti məhkum olunanlar 23 nəfər, azadlığın məhdudlaşdırılması ilə cəzalandırılanlar isə 31 nəfərdir.

Aytən Zəhra
Azvision.az


Teqlər: Cinayət   Məhkum   Uşaq  





Xəbər lenti