"Şagirdlərin onlayn dərslərə qoşulmaması araşdırılmalıdır" - Vəfa Yaqubova

 "Şagirdlərin onlayn dərslərə qoşulmaması araşdırılmalıdır" -  Vəfa Yaqubova
  22 Yanvar 2021    Oxunub:2374
Şagirdlərin çoxunun "Virtual məktəb"də gündəlik dərslərə qoşulmaması məsələsi məktəb səviyyəsində həll olunur
Azvision.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqubova deyib. O bildirib ki, məktəb direktoru, direktor müavini, sinif rəhbəri bu uşaqlarla iş aparmalı, məsələni aydınlaşdırmalıdılar ki, həmin şagirdlər nə üçün dərsə qoşulmurlar.

"Şagirdlərə biliyinə görə qiymət verilir, davranışına görə yox. Davranış dəyər məsələsidir, məktəbin apardığı siyasətdən, formalaşdırma qabiliyyətindən asılıdır".

"Sinifdən-sinfə keçmək üçün yeganə meyar isə şagirdin qiymətidir", -deyə. V. Yaqublu əlavə edib.

Aytən Zəhra
Azvision.az


Teqlər: Virtualdərs   Məktəb   Şagird  





Xəbər lenti