"İki həftədə 2300-dən çox hərbçimiz öldü"- Erməni hərbi ekspert

  22 Yanvar 2021    Oxunub : 3669
 "İki həftədə 2300-dən çox hərbçimiz öldü"- Erməni hərbi ekspert
Erməni hərbi ekspert Vitali Manqasaryan ölkəsinin 44 günlük müharibə zamanı verdiyi faciəvi qurbanlar haqqında danışıb.

Azvision.az xəbər verir ki, o, xüsusən iki həftə ərzində ciddi itkilərə məruz qalmasını ağrılı şəkildə qeyd edib:
“Artsrun deyirdi ki, qurbanlarımızın sayı 2000-dən az olacaq. Avinyan isə dünən bildirib ki, ölü sayı 4 mini keçməyəcək. Kimsənin nə Avinyana, nə də Artsruna etibar etmədiyi və inanmadığı məsələsini bir kənara qoyuruq və düşünürük ki, hər iki şəxs düz deyir?

Əgər oktyabrın 24-ə qədər itkilərimizin sayı 2 mindən az idisə, məsələn 1500 göstərilirdisə, indi belə məlum olur ki, iki həftə ərzində- 24 оktyabrdan 9 noyabra kimi 2300 hərbçimizi qurban vermişik.

Hər kəsə bəllidir ki, Rusiya prezidenti oktyabrın 20-də 9 noyabr sənədi ilə müqayisədə olduqca əlverişli olan bir sənəd təklif etmişdi. Hansı ki, Nikol Paşinyan onu rədd etdi. Başqa sözlə, işlər daha da pisləşdi, insanlarımız daha çox ölməyə başladılar. Əraziləri isə daha intensiv şəkildə itirməyə başladıq. İndi sual yaranır, Paşinyan və komandası nə düşünürdü ki, 2 həftə ərzində 2300-dən çox insanı məhv etdi?”

Tural Tağıyev
Azvision.az

Teqlər: Paşinyan   Artsrun   İtki   Hərbi-ekspert