Ermənistan parlamentinin qarşısında etiraz aksiyası keçirilir

 Ermənistan parlamentinin qarşısında etiraz aksiyası keçirilir
  22 Yanvar 2021    Oxunub:1051
Ermənistan parlamentinin binası qarşısında etiraz aksiyası keçirilir.
Azvision.az erməni KİV-ə istinadla xəbər verir ki, aksiya iştirakçıları Qaqik Cangiryan və Armen Xaçaturyanın Ali Məhkəmə Şurasına üzv seçilmələrinə etiraz edirlər.

Onlar hesab edirlər ki, bununla hakimiyyət məhkəmə sistemini nəzarətə götürəcək.

Xatırladaq ki, namizədləri hakim “Mənim addımım” parlament fraksiyası irəli sürüb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: etirazaksiyası  





Xəbər lenti