Vaşinqtondakı iğtişaşlara görə 120-dən çox insan günahkar bilinir

Vaşinqtondakı iğtişaşlara görə 120-dən çox insan günahkar bilinir
  22 Yanvar 2021    Oxunub:1347
Vaşinqtonda iğtişaşların təşkili və yanvarın 6-da Kapitoliyə hücumla bağlı 120-dən çox şəxsə ittiham elan edilib.
Azvision.az CNN-ə istiadla xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi Prezident Co Bayden administrasiyasını məlumatlandırıb.

Qeyd edilib ki ittihamların mahiyyəti müxtəlifdir. Onlar ABŞ Konqresinin binasına qanunsuz daxil olmaqda, polisə hücum, bəziləri isə daha ciddi hərəkətlərdə - sui-qəsd təşkili, zorakı hərəkətlərlə təhdid etməkdə ittiham olunurlar.

ABŞ-ın Ədliyyə Nazirliyi ölkənin yeni rəhbərliyinə şübhəlilər aşkarlanması üçün axtarışların davam edəcəyi barədə məluat verib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: iğtişaş  





Xəbər lenti