Dayanma, durma qaydalarını pozanlar gün ərzində təkrar cərimələnməyəcək

   Dayanma, durma qaydalarını pozanlar gün ərzində təkrar cərimələnməyəcək
  22 Yanvar 2021    Oxunub:1667
Dayanma və ya durma qaydalarının pozulması görə gün ərzində təkrar cərimə ləğv edilir.
Azvision.az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin yaz sessiyasında müzakirəyə çıxarılacaq İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdə qeyd olunub.

Dəyişikliyə əsasən, məcəlləyə yeni qeyd əlavə edilir. Həmin qeydə əsasən, şəxs bu Məcəllənin 346-cı maddəsində nəzərdə tutulmuş eyni inzibati xətanın törədilməsinə görə gün ərzində təkrar inzibati məsuliyyətə cəlb oluna bilməz.

Qeyd edək ki, 346-cı maddə Dayanma və ya durma qaydalarının pozulmasını əks etdirir və buna görə iyirmi manat məbləğində cərimə nəzərdə tutulur.

Anar Kəlbiyev
Azvision.az



Teqlər: Cərimə   Dayanma   Durma  





Xəbər lenti