Daxili Qoşunların yaralı hərbçisi şəhid olub

  21 Yanvar 2021    Oxunub : 1719
   Daxili Qoşunların yaralı hərbçisi şəhid olub
Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunların yaralı hərbçisi bu gün şəhid olub.

DİN-in Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Daxili Qoşunlarının hərbi qulluqçusu, çavuş Elşən Quluzadə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda qəhrəmancasına döyüşərkən ağır yaralandığına görə tibb müəssisəsinə yerləşdirilib.
Həkimlərin bütün səylərinə baxmayaraq o, bu gün – yanvarın 21-də şəhidlik zirvəzinə ucalıb.

Şəhidimizlə vida mərasimində Azərbaycan daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov və nazir müavinləri iştirak ediblər.

Şəhid Elşən Quluzadənin cənazəsi polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçularının müşaiyəti ilə doğulub boya-başa çatdığı Füzuli rayonuna aparılaraq orada dəfn ediləcək.

Azvision.az

Teqlər: DQ   Şəhid