Ötən ilin altı ayında 3 nəfər ömürlük həbs olunub - STATİSTİKA

 Ötən ilin altı ayında 3 nəfər ömürlük həbs olunub -  STATİSTİKA
  21 Yanvar 2021    Oxunub:1936
Ötən ilin birinci yarısında Azərbaycanda 3 nəfər ömürlük azadlıqdan məhrum edilib.
Dövlət Statistika Komitəsindən Azvision.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 2020-ci ilin birinci yarısında 4 114 nəfər birinci instansiya məhkəmələrində məhkum olunub.

Onlardan 1819 nəfəri müəyyən müddətə azadlıqdan məhrum edilib. Belə ki, 682 nəfərə 2 ilə qədər, 779 nəfərə 2ildən 5 ilə qədər, 289 nəfərə 5 ildən 10 ilə qədər, 69 nəfərə 10 ildən 20 ilə qədər həbs cəzası verilib.

Ötən ilin ilk 6 ayında 54 nəfər ictimai işlərlə, 277 nəfər islah işləri ilə cəzalandırılıb. 236 nəfərə cərimə tətbiq edilib, 433 nəfər şərti məhkum olunub.

Aytən Zəhra
Azvision.az



Teqlər: Cinayət   Məhkumolunma  





Xəbər lenti