Ötən il 3106 əkiz, 117 üçəm doğulub

   Ötən il 3106 əkiz, 117 üçəm doğulub
  21 Yanvar 2021    Oxunub:1641
Ötən ilin 11 ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 116 454 doğulan körpə qeydə alınıb.
Dövlət Statistika Komitəsindən Azvision.az -a verilən məlumata görə, əhalinin hər 1000 nəfərinə bu göstərici 12,7 təşkil edib.

Doğulanların 53,3 faizi oğlan, 46,7 faizi isə qız uşaqlarıdır. Körpələrdən 3106-sı əkiz, 117-si üçəm, 4-ü isə dördəm doğulanlardır.

2020-ci ilin yanvar-noyabr aylarında ölkədə 61 147 ölüm halı qeydə alınıb. Əhalinin hər 1 000 nəfərinə ölüm səviyyəsi 6,7 təşkil edib.

Azvision.az


Teqlər: Əkiz   Üçəm  





Xəbər lenti