“Demokratiya qələbə çaldı” - Baydenin prezident kimi ilk çıxışı

  20 Yanvar 2021    Oxunub : 1868
  “Demokratiya qələbə çaldı” -   Baydenin prezident kimi ilk çıxışı
Xəbər verdiyimiz kimi, bu gün Cozef Bayden and içərək ABŞ prezidenti vəzifəsinin icrasına başlayıb.
Azvision.az xəbər verir ki, Bayden prezident vəzifələrini vicdanla yerinə yetirəcəyini bildirib.

"Bu gün Amerikanın, demokratiyanın qələbə çaldığı gündür. Tarixi gün və yenilənməyə ümid günüdür. Bu gün biz namizədin deyil, hədəflərin qələbəsini qeyd edirik. Hədəfimiz demokratyia idi. Xalqın iradəsi eşidildi. Biz yenidən anladıq ki, demokratiya dəyərlidir, kövrəkdir. İndi isə dostlar, demokratiya qələbə çaldı", - deyə Bayden ölkə başçısı kimi ilk çıxışında vurğulayıb.

O, həmçinin irqçiliyə qalib gələcəyinə söz verib, bütün imkanları ilə amerikalıların birliyinə çalışacağını diqqətə çatdırıb.



Azvision.az

Teqlər: ABŞ   Bayden