Paşinyanın müavinindən müxalifətə seçki təklifi

  20 Yanvar 2021    Oxunub : 1644
Paşinyanın müavinindən müxalifətə seçki təklifi
Ermənistan rəhbərliyi parlamentdə təmsil olunan müxalifətlə növbədənkənar seçkilərin keçirilməsi barədə memorandum imzalamağa hazırdır.
Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin müavini Tiqran Avinyan parlamentdə çıxışı zamanı bildirib.

“Biz praktik addımlara keçə bilərik və ilkin mərhələdə erkən seçkilərlə bağlı memorandumun imzalanmasını müzakirə edə bilərik”, - deyə Avinyan vurğulayıb.

O, müxalifət partiyalarını memorandum təşəbbüsünə qoşulmağa çağırıb.

Qeyd edək ki, bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan müxalifətə ölkədə növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı təklif irəli sürmüşdü. Müxalifət liderləri Paşinyanın istefa vermədiyi təqdirdə seçki təklifini qəbul etməyəcəklərini bildirmişdilər.

Azvision.az

Teqlər: Ermənistan   Seçki   Paşinyan