Putinin şərəfinə keçiriləcək yarış təxirə salındı

  20 Yanvar 2021    Oxunub : 1129
Putinin şərəfinə keçiriləcək yarış təxirə salındı
Rusiya Prezidenti Vladimir Putinin şərəfinə Yaponiyada keçirilməsi nəzərdə tutulan ənənəvi sambo çempionatı təxirə salınıb.
Azvision.az xəbər verir ki, bu barədə TASS-a Yaponiya Sambo Federasiyasının vitse-prezidenti Nobuyuki Asai bildirib.

O, fevralın 7-də paytaxt Tokioda planlaşdırılan yarışın koronavirusun ölkə ərazisində yayılması səbəbindən iyulun 25-nə təxirə salındığını deyib.

Həmçinin qeyd olunub ki, 23 iyul -8 avqust tarixlərində Tokioda Yay Olimpiya Oyunları keçiriləcək.

Azvision.az

Teqlər: Putin   Sambo