Tramp və xanımı Ağ Evi tərk etdi

  20 Yanvar 2021    Oxunub : 1556
 Tramp və xanımı Ağ Evi tərk etdi
ABŞ-ın bu gün səlahiyyətləri başa çatan prezidenti Donald Tramp və həyat yoldaşı Melaniya Tramp Ağ Evi tərk ediblər.
Azvision.az xəbər verir ki, Tramp və xanımı helikopterlə ərazidən uzaqlaşıblar.

Xatırladaq ki, Tramp ötən il 3 noyabrda keçirilmiş və demokrat Cozef Baydenin qalib gəldiyi seçkilərin nəticələri ilə razılaşmayıb. Buna görə də Baydenin andiçmə mərasiminə qatılmadan Ağ Evi tərk edib.

Tramp müasir tarixdə xələfinin andiçmə mərasimini boykot edən ilk ABŞ prezidentidir.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: DonaldTramp