Xalqımız 20 Yanvar şəhidlərini andı - FOTOREPORTAJ

  20 Yanvar 2021    Oxunub : 4444
 Xalqımız 20 Yanvar şəhidlərini andı -  FOTOREPORTAJ
Azərbaycan tarixinə qanlı hərflərlə yazılan 20 Yanvar faciəsinin 31-ci ildönümüdür.
Ölkəmizin bütün bölgələrində 20 Yanvar şəhidlərinin xatirəsi anılır. Bu gün səhər saatlarından sakinlər paytaxtdakı Şəhidlər Xiyabanını ziyarətə başlayıb.

Vətəndaşlar şəhidlərin məzarlarını ziyarət edir, qəbirlər önünə qərənfillər düzür, Vətən uğrunda qurban gedənlərin ruhu qarşısında baş əyərək ehtiramlarını bildirirlər.

Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar Şəhidlər xiyabanını vətəndaşların ziyarəti bu dəfə əvvəlki illərdən fərqli təşkil edilir. Belə ki, Xiyabana gələn ziyarətçilər mütləq qaydada tibbi maskadan istifadə etməli və sosial məsafənin qorunması üçün beş nəfərdən artıq qruplarda toplaşmamalıdırlar. Ona görə də vətəndaşlar xiyabana beş nəfərlik qruplarla daxil olur və dayanmadan ziyarətlərini başa vurub ərazidən çıxırlar. Xiyabanın daxilində və kənarda insanların toplaşması yolverilməzdir. Ziyarətə gələnlərin təhlükəsiz hərəkətlərini təmin etmək məqsədilə Şəhidlər Xiyabanı istiqamətində olan küçə və prospektlərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Azvision.az -ın anım mərasimindən hazırladığı fotoreportajı təqdim edirik:



























Foto: Şahin Sərdarov
Azvision.az

Teqlər: Şəhid-Xiyabanı   20-Yanvar