“Qorbaçov cəzasını almalıdır” - Şeyx

  “Qorbaçov cəzasını almalıdır” -   Şeyx
  20 Yanvar 2021    Oxunub:2223
20 Yanvar şəhidləri müstəqilliyimiz yolunda öz canlarını qurban veriblər. 44 günlük Vətən müharibəsi dövründə xalqımızın birliyi dəmir yumruğa çevrildi və şəhidlərimizin qisası alındı.
Azvision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə bildirib.

QMİ sədri bildirib ki, bu gün Azərbaycan xalqı Ali Baş Komandanın rəhbərliyi ilə qələbə qazandı və bu qələbənin qədrini bilməliyik:

"20 Yanvar qırğınının baiskarları, o cümlədən Mixail Qorbaçov cəzasını almalıdır. "Mixail Qorbaçov bu yaxınlarda açıqlama verdi, ikitərəfli danışdı".

Azvision.az



Teqlər: 20yanvar  





Xəbər lenti