Cəbrayılda daha bir erməni hərbçinin cəsədi tapıldı

  20 Yanvar 2021    Oxunub : 878
Cəbrayılda daha bir erməni hərbçinin cəsədi tapıldı
Cəbrayıl ərazisində axtarışlar zamanı daha bir erməni hərbçinin cəsədinin qalıqları tapılıb.
Azvision.az erməni mətbuatına istinadla xəbər verir ki, onun şəxsiyyətini müəyyən etmək üçün məhkəmə tibbi ekspertizası təyin edilib.

Axtarış işlərinin Hadrut, Füzuli, Cəbrayıl, Zəngilan istiqamətlərində və Sünik (Zəngəzur) bölgəsinin Mehri şəhərinin keçmiş inzibati ərazilərində aparıldığı vurğulanıb.

Məlumata görə, 1990-cı il 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Azərbaycan tərəfi bu gün axtarışları dayandırıb.

Erməni mediası qar yağması səbəbindən axtarışların mümkünsüz olduğunu yazıb.

Qeyd edək ki, noyabr ayından indiyədək döyüş əməliyyatları zonasında 1247 erməninin cəsədi və qalıqları aşkar olunub.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Qarabağ