İsveç səfirliyi Azərbaycan xalqına başsağlığı verdi

  20 Yanvar 2021    Oxunub : 822
İsveç səfirliyi Azərbaycan xalqına başsağlığı verdi
İsveçin Azərbaycandakı səfirliyi 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar başsağlığı verib.
Azvision.az xəbər verir ki, bu barədə səfirliyin “Facebook” səhifəsində paylaşım edilib.

“Bu hüznlü gündə İsveçin Bakıdakı səfirliyi Azərbaycan xalqı ilə birlikdə “Qara Yanvar” faciəsində həyatlarını qurban verənlərin əziz xatirəsini yad edir. 31 il öncə baş vermiş bu qanlı faciənin qurbanlarına, onların yaxınlarına və Azərbaycan xalqına başsağlığı veririk”.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: QaraYanvar