“Şəhidlərimizi yeni ruh və qürur hissi ilə anırıq” - Hikmət Hacıyev

 “Şəhidlərimizi yeni ruh və qürur hissi ilə anırıq” -  Hikmət Hacıyev
  20 Yanvar 2021    Oxunub:1885
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi və sərkərdəliyi altında Zəfər savaşından sonra 20 Yanvar faciəsi və cəmi bütün şəhidlərimizi yeni ruh və qürur hissi ilə anırıq.
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında yazıb.

“Şəhidlərimizin ruhu şaddır. Allah rəhmət eləsin!”, - deyə H.Hacıyev vurğulayıb.



Qeyd edək ki, bu gün Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən 31 il keçir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: HikmətHacıyev  





Xəbər lenti