“Ölkəmizə gətirilən vaksin yeni ştamm üçün də təsirlidir” - Ramin Bayramlı

“Ölkəmizə gətirilən vaksin yeni ştamm üçün də təsirlidir” -    Ramin Bayramlı
  19 Yanvar 2021    Oxunub:3331
Koronavirusun mutasiya olunmuş ştammı hələ ölkəmizdə aşkarlanmayıb, amma aşkar ediləcəyi təqdirdə əlavə tədbirlər görüləcək.
Azvision.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Xəzər TV-yə müsahibəsində deyib.

Onun sözlərinə görə, Azərbaycana gələn bütün şəxslərin COVID-19 testindən keçməsi mutasiya olunmuş ştammların ölkəyə daxil olmasının qarşısını alır.

TƏBİB rəhbəri onu da qeyd edib ki, ölkəmizdə istifadə edilən vaksin COVID-19-un yeni ştammı üçün təsirlidir.

R.Bayramlı, həmçinin vurğulayıb ki, hazırda digər vaksin istehsalçıları ilə danışıqlar aparılır. Ehtiyac olarsa, başqa növ vaksinlərin ölkəyə gətirilməsi mümkündür.

Azvision.az


Teqlər: TƏBİB  





Xəbər lenti