Torosyan hökumət aparatına rəhbər təyin olundu

 Torosyan hökumət aparatına rəhbər təyin olundu
  18 Yanvar 2021    Oxunub:3169
Ermənistanın sabiq səhiyyə naziri Arsen Torosyan hökumət aparatının rəhbəri vəzifəsinə təyin olunub.
Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bununla bağlı prezident Armen Sarkisyan sərəncam imzalayıb.

O, bu vəzifədə Eduard Ağacanyanı əvəz edəcək.

Məlumata görə, Ağacanyan baş nazir Nikol Paşinyanın mətbuat katibi Mane Qevorkyanla fikir ayrılığına görə vəzifəsini tərk etməli olub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan  





Xəbər lenti