Azərbaycanda vaksinasiyanın ilk günü - FOTOREPORTAJ

  18 Yanvar 2021    Oxunub : 6138
Azərbaycanda vaksinasiyanın ilk günü -  FOTOREPORTAJ
Bu gündən Azərbaycanda koronavirusa qarşı vaksinasiyanın birinci mərhələsi başlayıb.

Ölkəmizdə ilk vaksini səhiyyə naziri Oqtay Şirəliyev vurdurub.
Daha sonra İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı və digər şəxslər koronavirusa qarşı peyvənd olunublar.

Peyvəndləmə könüllü və dövlət hesabına aparılır. İlk mərhələdə səhiyyə işçiləri, 65 yaşdan yuxarı şəxslər, hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb olunan heyət vaksinasiya olunacaq. Vaksinasiyanın ikinci mərhələsi fevralın 1-dən başlanılacaq.

Azvision.az-ın vaksinasiya prosesindən hazırladığı fotoreportajı təqdim edirik:



































Foto: Şahin Sərdarov
Azvision.az

Teqlər: Vaksin