Rusiyada koronavirusa qarşı kütləvi vaksinasiya başlayır

Rusiyada koronavirusa qarşı kütləvi vaksinasiya başlayır
  18 Yanvar 2021    Oxunub:1504
Bu gündən Rusiyada koronavirusa qarşı kütləvi vaksinasiya başlayır.
Azvision.az "TASS"a istinadla xəbər verir ki, ruslar qeydiyyatdan keçmiş iki vaksindən biri – “Sputnik V” və ya “Epivakkorona” ilə pulsuz peyvənd oluna bilərlər.

Rusiyada ötən il 10 dekabrda vaksinasiyaya start verilib. Lakin ilkin mərhələdə həkimlər, müəllimlər, xroniki xəstəlikləri olan insanlar və bəzi digər vətəndaşlara peyvənd vurulub.

Prezident Vladimir Putin 13 yanvarda kütləvi vaksinasiyaya keçməklə bağlı göstəriş verib.

Rusiyada yanvar ayının sonunadək təxminən 2,1 milyon doza koronavirus infeksiyası mülki dövriyyəyə daxil olacaq.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   Vaksinasiya  





Xəbər lenti