6500 şəhid ailəsi üzvünə sosial ödənişlər təyin edilib

6500 şəhid ailəsi üzvünə sosial ödənişlər təyin edilib
  18 Yanvar 2021    Oxunub:1576
"Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, əsas sosial hədəflər möhtəşəm Zəfərimizlə başa çatan Vətən müharibəsi şəhidlərinin ailələrinin, qazilərimizin sosial dəstəklə, yaralanmış hərbçilərin tibbi-sosial reabilitasiya xidmətləri, müasir protezlərlə təmin olunmasıdır".
Azvision.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov ötən il sosial sahədə görülən işlərə və 2021-ci ilin sosial hədəflərinə dair keçirilən mətbuat konfransında bildirib.

Nazir müavini qeyd edib ki, postmüharibə dövründə 11 mindən çox şəhid ailəsi üzvü, qazi, müharibədən zərər çəkən şəxs dəstəklə əhatə olunub:

"O cümlədən, 2650 şəhidin 6500 ailə üzvünə sosial ödənişlər təyin edilib, eləcə də qeyd edilən kateqoriyalardan olan şəxslər aktiv məşğuluq proqramlarına cəlb olunub, onlara sosial-psixoloji dəstək və reabilitasiya xidmətləri göstərilib".

Nazir müavini son bir ildə daha 1500 şəhid ailəsi və müharibə ilə əlaqədar əlilliyi olan şəxsin mənzil və fərdi evlə, 400 müharibə əlilinin avtomobillə təmin edildiyini deyib: "İndiyədək bu kateqoriyalardan olanlara 9100-dən çox mənzil və fərdi ev, 7200-dən çox avtomobil verilib".

Aytən Zəhra
Azvision.az


Teqlər: ƏƏSMN  





Xəbər lenti